YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir

“Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür”. Bu fikirləri yap.org.az saytına müsahibəsində “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir, bu şərtin əsaslarını mükəmməlliklə təhlilini aparır. O, bu barədə fikirlərini bölüşərkən vurğulayıb ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin: “Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
“Daha bir məqam isə budur ki, Azərbaycan mətbuatı üçün digər böyük hadisələrdən biri də jurnalistlər üçün yaşayış evlərinin tikintisidir. Bu isə mətbuat işçilərinin məişət problemlərinin də diqqətdə olduğunun göstəricisidir.
Bəli, məhz Prezident İlham Əliyev ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi, əbədi və uğurlu ənənələri davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, azad medianın təmin edilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da, Azərbaycan jurnalisti də, haqlı olaraq ölkə Prezidentini - cənab İlham Əliyevi özünün dostu hesab edir və bundan sonra da edəcək.
Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Söz yox ki, biz mətbuat işçiləri də öz vəzifəmizin öhdəsindən layiqincə gəlib, milli mətbuatımızı dövlətçilik konsepsiyası əsasında uğurlarımızı davam etdirəcəyik”-deyə, B.Quliyev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv