YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Siyasi partiyaların bəyanatı milli birliyimizin gücləndirilməsi baxımından əhəmiyyətlidir

“Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar ilə əlaqədar Azərbaycanda qeydiyyatda olan və fəaliyyət göstərən 43 siyasi partiya tərəfindən milli həmrəyliyə dair bəyanat qəbul edilib. Bu, Azərbaycanın siyasi həyatında ilk belə hadisədir. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirməkəri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları hamıya nümunə olmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirlər. Partiyalar xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyiblər.

“Fəaliyyətdə olan siyasi partiyaların tam əksəriyyətinin belə bir bəyanat qəbul etməsi ölkəmizdə mövcud olan milli birliyi, xalq iqtidar birliyini daha da möhkəmləndirərək, həm daxildə, həm də xaricdə mövcud olan anti-milli qüvvələrə vurulan zərbədir. Belə bir zamanda təxribatçıların və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmalarının qarşısı dərhal və qətiyyətlə alınmalı, günahkarlar layiqli cəzalarını almalıdırlar”-deyə, R.Əliyev vurğulayıb.