YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Verdiyev: Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək

“Tarix boyu erməni şovinistləri imperialist qüvvələrin havadarlığı ilə Azərbaycan xalqına qarşı məkrli addımlar atıb, qırğınlar, soyqırımları həyata keçiriblər”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvü Tural Verdiyev deyib.
Tural Verdiyev bildirib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. Ermənilər Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində dinc əhaliyə qarşı amansız şəkildə kütləvi qırğını, soyqırımı törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlıları tarixi torpaqlarından didərgin saldı: “Mülki əhalinin müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdən erməni hakimiyyəti beynəlxalq hüquq normalarına, işğal olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq əzəli-əbədi, dədə-baba torpaqlarımızda qanunsuz məskunlaşma aparıb. Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan ordusu tərəfindən işğal altında saxlanılır, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks addımlar atıldı. “Azərbaycan münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn tələblərini yerinə yetirməyəcəksə, ölkəmiz alternativ vasitələrə, hərb yoluna baş vuracaq. “İyulun 12-də Ermənistan yenidən təxribata əl atdı, işğalçı dövlətin silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etdi. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin layiqli cavabını verdi”, - deyə o qeyd edib.

Tural Verdiyev əmin olduğunu bildirib ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək.