YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Cəmiyyətin inkişafında gənclərin ictimai fəallığının rolu böyükdür

«Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin gənclər siyasəti gənclərimizin bilik və bacarıqlarını reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edib». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib. 

A.Rəhimov bildirib ki, hazırda ölkəmizdə gənclər təşkilatlarının sayı 250-ni keçib. Onun sözlərinə görə, bir müddət öncə isə gənclər təşkilatlarının sayı 55 idi. 2003-cü ildən Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihələrin sayı isə 550-ni keçib.

«Bu məqsədlə dövlət büdcəsindən 13 milyon 247 min manat vəsait ayrılıb. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun yaradılması ilə gənclər təşkilatlarının xarici donorlardan asılılığına son qoyulub və onlar üçün yeni imkanlar yaradılıb. 2003-2013-cü illərdə ilk dəfə olaraq Azərbaycanın 5 təşkilatı Avropa Şurasında gənc aktiv vətəndaş mükafatına layiq görülüb. Hazırda gənclər təşkilatları 30-dan artıq beynəlxalq qurumda təmsil olunur. Cəmiyyətin inkişafında gənclərin ictimai fəallığının rolu böyükdür. Gəncə şəhərinin 2016-cı ilin Avropanın gənclər paytaxtı seçilməsi də ölkəmizdə aparılan gənclər siyasətinin uğurların beynəlxalq səviyyədə tanınması, eləcə də Azərbaycan gənclərinin ciddi işinin nəticəsidir»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv