YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqda davam edir

“Təcavüzkar Ermənistanın silahlı qüvvələri 12-13 iyul tarixində atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçmişlər. Həmişə olduğu kimi bu dəfə də Azərbaycan silahlı qüvvələrinin əks həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınmış, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilmiş və tələfat verərərək geri oturdulmuşdur. Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir. Bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmaz, günü-gündən nüfuzdan düşən siyasəti nəticəsində Koronavirus Pandemiyyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Ermənistan BMT Nizamnaməsi və digər beynəlxalq hüquq öhdəliklərini kobud surətdə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə 20% torpaqlımızı işğal etmiş və BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsinə baxmayaraq işğalı davam etdirir. Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir.

“Koronavirus Pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsil simasını bir daha bütün dünyaya göstərdi. Bütün dünya birliyi təcəvüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüynün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək”-deyə, deputat vurğulayıb.