YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi artıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 367 milyon ABŞ dollarından çox olub. Bu da illik müqayisədə 1,38 faiz çoxdur.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı isə 10,6 faiz olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncü yerə yüksəlib.

Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə birinci, Rusiya isə ikinci yerdə qərarlaşıb.

 

DİGƏR Xəbərlər Arxiv