YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır

“Bu gün bütün dünya koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunub. Pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda dövlətlər daha effektiv həll yolları axtarır, müxtəlif proqramlar qəbul və icra edir. Azərbaycanda da  bu qlobal problemlə ciddi şəkildə mübarizə aparılır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
M.Həsənov bildirib ki, koronavirusun fəsadlarının azaldılması və ən əsası, əhalinin sağlamlığının qorunması üçün kifayət qədər səmərəli tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu məsələ Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır. Cənab Prezident  ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır.
“Çox təəssüf ki, birlik və həmrəyliyin çox vacib olduğu indiki vaxtda radikal müxalifət ölkəmizdə yenə də, pozuculuq fəaliyyəti ilə məşğul olur. Radikallar, daha dəqiq desək, “beşinci kolon” bu dəfə koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır. Radikal müxalifət üçün pandemiya mövzusu yeni “imkanlar açıb”. Belə ki, onlar bu bəldan istifadə edərək ölkədə sabitliyi pozmağa çalışır. Bütün dünyada pandemiya ilə bağlı qaydalar tətbiq olunur, Avropanın ən inkişaf etmiş ölkələrində xüsusi karantin rejimi tətbiq olunub. Bu qaydalarıə pozanlar ciddi şəkildə cəzalandırılır. Belə bir şəraitdə Azərbaycanda da karantin rejiminin tətbiq olunmasını hüquq və azadlıqların məhdudlaşdırılması “qiymətləndirən” “beşinci kolon”unun yanaşması heç bir məntiqə sığmır. Görünən odur ki, bu düşərgə öz düşüncələrində koronavirusa yoluxub. Çünki bütün dünyanın bu bəlaya qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda ölkəmizdə radikalların məlum mövqeyini başqa cür dəyərləndirmək mümkün deyil”-deyə, deputat vurğulayıb.