YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan davamlı inkişafa nail olan ölkədir

«Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır. Biz beynəlxalq təşkilatlarda, xüsusilə də Avropa Şurasında öz maraqlarımızn müdafiəsi, ölkəmizin mövqeyinin möhkəmlənməsi üçün fəaliyyət göstəririk. Biz öz fəaliyyəmizlə həm də hər bir vətəndaşımızın mövqeyini beynəlxalq müstəvidə qoruyuruq». Bu fikirləri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də davamlı inkişafa nail olan ölkələrdən biridir. Onun sözlərinə görə, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək belə mümkün deyil. 

«Azərbaycan beynəlxalq əlaqələrini uğurla inkişaf etdirir, əlaqələrin əhatə dairəsini mütəmadi olaraq genişləndirir. Eyni zamanda, parlament səviyyəsində xarici əlaqələr inkişaf edir və bu ölkəmizin dünya arenasında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.