YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 mart – “Beynəlxalq qadınlar günü” münasibətilə YAP könüllüləri şəhid analarını ziyarət etdi (VİDEO)

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili" elan olunması ilə əlaqədar olaraq YAP könüllüləri tərəfindən il ərzində könüllülük hərəkatının daha da genişləndirilməsi istiqamətində müxtəlif layihələr keçirilir.          

Martın 8 “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Yeni Azərbaycan Partiyasının 600 – dən çox könüllü gənci respublika ərazisində 500 şəhid ailəsini evlərində ziyarət etdi və qəhrəman şəhidlərimizin fədakar analarını, həyat yoldaşlarını, ailə üzvləri olan xanımlarını bayram günü münasibətilə təbrik etdilər.       
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və sevgi ilə yad edən YAP könüllüləri hər biri qəhrəmanlıq səlnaməsi yazan şəhidlərimizin xanım ailə üzvlərini ürəkdən təbrik edərək onlara gül dəstələri təqdim ediblər. Gənclər şəhid ailələri ilə səmimi söhbət edib, qayğıları ilə maraqlanmış, onlara partiya rəhbərliyinin təbriklərini və xoş arzularını çatdırıblar. Ailələr də göstərilən diqqət, qayğıya görə öz təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.