YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ulu öndərimiz müstəqilliyimizi elə möhkəm təməllər üzərində qurub ki, onu sarsıtmaq mümkün deyil

«Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yoluna, xalqımız qarşısında xidmətlərinə nəzər saldıqda bir daha hiss edirik ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, həmçinin, dünyanın nəhəng siyasətçilərindən biridir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqımız üçün ən böyük xidmətlərindən biri hələ Sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir.Onun sözlərinə görə, Heydər Əliyevin digər bir misilsiz xidməti isə müstəqil Azərbaycanın təməlini qoyması, Azərbaycanı təhlükələrdən xilas edərək müstəqilliyimizin əbədiliyini təmin etməsidir.

«Ulu öndərimiz müstəqilliyimizi elə möhkəm təməllər üzərində qurub ki, onu sarsıtmaq mümkün deyil. Bütün dünya Heydər Əliyevi böyük siyasətçi kimi qəbul edir. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin rəmzidir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev ölkəmizin inkişafına özünün müdrik, cəsarətli siyasəti, yorulmaz fəaliyyəti ilə nail olub», - deyə M.Quliyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv