YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TÜRKPA-nın müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) beynəlxalq müşahidəçilər missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Müşahidəçilər missiyasının tərkibi Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatlarından, TÜRKPA katibliyinin diplomatik nümayəndələrindən ibarətdir.

Müşahidəçilər səfər müddətində bir sıra dövlət qurumlarında görüşlər keçirəcək, seçkilər günü isə Bakıda və regionlarda səsvermə prosesi üzrə monitorinq aparacaqlar.

Fevralın 10-da müşahidəçilər missiyası tərəfindən aparılan müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçiriləcək və missiyanın seçkilərə dair rəsmi bəyanatı təqdim olunacaq.

Xatırladaq ki, TÜRKPA-nın müşahidəçilər missiyası 2010-cu ildən etibarən üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini, habelə konstitusiya referendumlarını müşahidə edib.