YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədi Kamran Bayramov Daşkəsən şəhərində gənclər və qadınlarla görüşüb

Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülmüş Kamran Bayramov Daşkəsən şəhərində gənclərlə və qadınlarla görüş keçirib. Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Kamran Bayramov bildirib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: "Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır".

Kamran Bayramov seçiciləri fevralın 9-da fəal olmağa, YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə şəhid anası Qızbəs Abbasova qadınlar, gənc müəllimlər Elçin Ələsgərov və Duman Abbasov isə gənclər adından çıxış edərək bildiriblər ki, birmənalı şəkildə 9 fevralda Yeni Azərbaycan Partiyasının namizədi Kamran Bayramova səs verəcəklər.

Sonra Kamran Bayramovun rayonun Alunitdağ və Daşkəsən qəsəbələrində və Kəmərqaya kəndində seçicilərlə görüşü keçirilib. Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin sədri Meydanəli Yolçuyev YAP-ın namizədi haqqında məlumat verib.