YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov Cəlilabad gəncləri ilə görüşüb

Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Cəlilabad şəhər təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. YAP-ın 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədi Malik Həsənovun təşviqat kampaniyası çərçivəsində  seçici gənclərlə görüşü keçirilib.

Görüşdə çıxış edən deputatlığa namizəd Malik Həsənov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf yolunda inamla irəlilədiyini bildirərək, Azərbaycanın güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini diqqətə çatdırdı. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun siyasi islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib.

Namizəd Malik Həsənov çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siyasətindən söz açıb.

Gənc seçicilər millət vəkilliyinə namizəd M.Həsənova qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzulayıblar.