YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi seçiciləri "Daha güclü Azərbaycan naminə" Kamaləddin Qafarova səs verəcəklər (VİDEO)

Fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən irəli sürülmüş Kamaləddin Qafarovun Binəqədi rayonunun Xutor qəsəbə sakinləri ilə  görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov son 16 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə iqtisadi islahatlar həyata keçirildiyini bildirib. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. R.Göyüşov seçkilərin demokratiyanın atributlarından biri olduğunu bildirərək, hər bir vətəndaşın seçki hüququndan istifadə etməli olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə azad və demokratik seçki mühiti formalaşıb. Daha sonra R.Göyüşov deputatlığa namizəd Kamaləddin Qafarovun Milli Məclisdəki fəaliyyətinə nəzər salıb. Seçki günü seçiciləri fəal olmağa və "Daha güclü Azərbaycan naminə" Yeni Azərbaycan Partiyasının namizədi Kamaləddin Qafarova səs verməyə çağırıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət, genişmiqyaslı islahatların uğurlu nəticələri haqqında seçicilərə geniş məlumat verib. Qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır: "Xalq, birmənalı olaraq, Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasət, islahatlar onu göstərir ki, Azərbaycanda bundan sonra da uzun müddətli, dayanıqlı inkişaf təmin olunacaq. Məhz bunun üçün partiyanın hər bir üzvü dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur". Deputatlığa namizəd onu da bildirib ki, 9 fevral parlament seçkilərinə sayılı günlər qalır. Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə 30-a yaxın görüş keçirib və onlardan əksəriyyəti fərdi görüşlər olub. Keçirilən görüşlərdə sakinlərin problemləri ilə yaxından tanış olub, yenidən seçicilərin etimadını qazanacağı təqdirdə onların problemlərinin həllinə çalışacağına söz verib.

    Görüşdə çıxış edən seçicilərdən Məleykə Qurbanova, Səməngül Əhmədova, Balamirzə Abdullayev və başqaları "Daha güclü Azərbaycan naminə" fevralın 9-da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə - Kamaləddin Qafarova səs verəcəklərini bildirdilər.

 

DİGƏR Xəbərlər Arxiv