YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşünək, səs verək, davamlı inkişafa dəstək olaq!

     Namizədliyi  Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai  birinci  seçki dairəsindən  irəli sürülən Hüseynbala Mirələmov   rus icmasının üzvləri ilə görüşdü.

  Xətai rayonunda Rus İcmasının sədri Qalina Manafova ölkəmizin  tolerantlıq, multikulturalizm təcrübəsini önə çəkərək  deputatlığa namizəd H.Mirələmovun yaradıcılığının əsasında da məhz bu amillərin dayandığını qeyd etdi. 

    Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  34 saylı Xətai  ikinci seçki dairəsindən irəli sürülən, Azərbaycandakı Rus İcmasının sədri   Zabelin Mixail Yuriyeviç  bildirdi ki, seçicilərlə  görüşdən aydın olan bir həqiqət budur ki,  Xətai seçiciləri H.Mirələmovun  deputatlıq fəaliyyəti dövründə gördüyü işləri yüksək dəyərləndirərək, onu yenidən Milli Məclisdə görmək istəyirlər. Bu istəklərini 9 fevral növbədənkənar  parlament seçkilərində seçki məntəqələrinə gəlib fəal iştirak etməklə təsdiqləyəcəklər.

  Namizədin vəkili, tibb elmləri doktoru,  professor Vəsadət  Əzizov  seçicilərə müraciət etdi- Azərbaycanın uğurlu gələcəyi naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq.

     Deputatlığa namizəd, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov özlüyündə yaranan «Ötən dövrdə nə işləri görmüşük» sualına cavab olaraq bildirdi ki, millət vəkilinin  gördüyü iş, ilk növbədə,  qəbul etdiyimiz qanunların gücündədir. Çünki iqtisadiyyatımız da, təhlükəsizliyimiz də, sosial rifahımız da, mənəviyyatımız da bilavasitə  qanunların mükəmməlliyi ilə bağlıdır.

  H.Mirələmov seçiciləri  müasir, yeni, təkmil parlamentin formalaşmasına hədəflənmiş   9 fevral növbədənkənar parlament seçkilərində fəal olmağa, yaxşı düşünüb, layiqli namizədlərə səs verməyə çağırdı.

    Diskussiya şəklində davam edən görüşdə seçiciləri maraqlandıran suallar cavablandırıldı.
 

DİGƏR Xəbərlər Arxiv