YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyevin seçiciləri ilə silsilə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyevin seçiciləri ilə silsilə görüşləri davam edir.

Deputatlığa namizədin bu gün keçirilən görüşündə 800-dən çox seçici iştirak etmişdi. Görüşdə namizədin vəkilləri, Gəncə ziyalılıarı, ağsaqqalrı, Qarabağ müharibəsi əlilləri çıxış edərək Musa Quliyevin deputatlıq fəaliyyəti dövründə gördüyü işlərdən danışmış, təkliflərini vermiş, arzularını söyləmişlər. Bədii-publisistik  üslubda keçirilən görüşdə siyasi çıxış və çağırışlar ilə yanaşı Musa Urudun şeirləri və şeirlərinə bəsdələnən mahnılarda səslənmişdi. Görüşün sonunda seçicilərinə minnətdarlığını bildirən Musa Quliyev Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlardan danışmış, YAP-ın aparıcı siyasi qüvvə kimi rolunu qeyd etmiş, seçicilərin daha güclü Azərbaycan naminə şüarı altında birliyə çağırmışdır.

Görüşdə Musa Quliyevin deputatlıq fəaliyyətini əks etdirən və gələcək illər üçün prioritet hədəflərini müəyyən edən film, seçicilər tərəfindən maraqla qarşılanmışdır. Deputatlığa namizəd Musa Quliyev bütün seçiciləri fevralın 9-da keçiriləcək seçkilərdə YAP-ın namizədlərinə səs verməyə çağırmışdı.