YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: TÜRKPA-da Qadın və Gənc parlamentarilər qruplarının yaradılması Azərbaycanın təşəbbüsüdür

“TÜRKPA-ya üzv ölkələrin qanunvericiliyi kişi və qadınların qanun qarşısında bərabərliyinə zəmanət verir. Bu ölkələrin qanunvericiliyi gender bərabərliyi və qlobal baxımdan, olduqca mütərəqqi və inkişaf etmiş görünür. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə BMT-in Dayanıqlı İnkişaf Məqsədlərində göstərilən hədəflərə çatmaq üçün milli qanunların və strateji proqramların tam sənəd paketini nümayiş etdirirlər”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, hər bir ölkənin gender siyasətinin özünəməxsus mədəni xüsusiyyətləri var. Yəni bu sahədə heç bir universal model yoxdur. Lakin, türkdilli ölkələrdə ailə və gender balansında ortaq mədəniyyət nümunələri mövcuddur. Məhz bu ölkələrdə müasir ailə dəyərlərinin ortaq mədəniyyət modeli  üçün uyğun prinsipləri var. Bunları nəzərə alaraq ailələrimizin türk kimliyi gender bərabərliyi ilə bağlı mütərəqqi qanunvericiliyin yaradılması məqsədəuyğundur.

Millət vəkili qeyd edib ki, bu məqsədə nail olmaq üçün qadın parlament üzvlərindən ibarət qadın platformasının yaradılmasının vacib idi: “Artıq TÜRKPA Qadın Parlamentarilər Qrupu və Gənc parlamentarilər qrupunun yaradılmasının şahidi olduq. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu qrupların yaradılmasının əsas təşəbbüskarı olub”.

DİGƏR Xəbərlər Arxiv