YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Azərbaycanda sivilizasiyalararası, dinlərarası dialoqun ən müxtəlif formaları dövlət səviyyəsində dəstəklənir

“Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə sivilizasiyalararası, dinlərarası dialoqun ən müxtəlif formaları dövlət səviyyəsində dəstəklənir”. Bu fikri AMEA-nın vitse-prezidenti, akademik  İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, ölkəmiz bu dialoqun əsas mərkəzlərindən biri kimi qəbul olunur. Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin ardıcıl fəaliyyəti ilə bağlı olan prinsiplərdir.

“Ölkəmizdə, sözün əsl mənasında, müstəqillik dövründə Azərbaycançılıq prinsipinə əsaslanan və digər xalqların mədəniyyətləri ilə zənginlənmiş yeni tipli bir mədəniyyət formalaşıb. Bu mədəniyyət Azərbaycanda birgəyaşayışa, çoxmillətli cəmiyyətin harmoniyasına, multikultural dəyərlərin ön mövqeyə çəkilməsinə, dinlərarası harmoniyanın möhkəm üzvi sintezinin yaranmasına gətirib çıxarıb. Bu da həmrəylik, ictimai-siyasi cəhətdən möhkəm Azərbaycan modelini ortaya qoyub. Bu isə cəmiyyətin, iqtisadiyyatın bütün sahələrində, hətta beynəlxalq səviyyədə ölkəmizin dinamik inkişafının möhkəm əsaslarına çevrilib”-deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv