YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib

2020-ci ildə də dövlət büdcəsində investisiya layihələri üzrə kifayət qədər böyük məbləğ nəzərdə tutulub.

Bunu Milli Məclisin iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputatların təklifini cavablandıran Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əvvəlki illərdəki kimi bu layihələrin də, o cümlədən deputatlar tərəfindən qaldırılan məsələlərin nəzərdən keçirilməsi nəticəsində müəyyən vəsaitlərin ayrılması təhlil oluna bilər. Sosialyünömlü layihələrin həyata keçirilməsi növbəti ilin investisiya layihələrində də öz əksini tapacaq.

Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.