YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək

Dünya dini liderlərinin II Bakı Sammiti çox yüksək səviyyədə təşkil olunub və inanıram ki, bu tədbir müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək.

Bu sözləri Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edən Bratislava Arxiyepiskopu Stanislav Zvolenski jurnalistlərə müsahibəsində deyib.

Stanislav Zvolenski bildirib ki, Azərbaycan dinlərarası dialoq sahəsində belə mötəbər tədbirlərin keçirilməsi baxımından nümunəvi ölkədir. Çünki burada müxtəlif xalqların, dinlərin nümayəndələri arasında multikultural və tolerant mühit mövcuddur.

O, dünya dini liderlərinin II Sammiti kimi qlobal miqyaslı dinlərarası dialoq tədbirində iştirak etməkdən məmnun olduğunu qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv