YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının üzvləri bir gün ərzində 650 min ağacın əkilməsi prosesində fəal iştirak edəcək

“Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bir gün ərzində 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsü xalqımız tərəfindən yüksək dəyərləndirilir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib  ki, böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə keçiriləcək ağacəkmə kampaniyasında Yeni Azərbaycan Partiyasının üzvləri də fəal iştirak edəcək.

Yeni Azərbaycan Partiyasının hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə ağacəkmə aksiyası keçirdiyini deyən S.Novruzov partiyamızın mütəmadi olaraq müxtəlif sosial, iqtisadi və humanitar xarakterli layihələr reallaşdırdığını söyləyib. O, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən “700 min ağac əkək!” kampaniyasının da bütün respublika ərazisində uğurla baş tutduğunu xatırladıb.

S.Novruzov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağacın əkilməsi aksiyasında bütün bölgələrdə partiya üzvləri fəal təmsil olunacaq. Onun sözlərinə görə, həmin ağacların əkilməsindən sonra onlara qulluğun göstərilməsi partiyanın diqqətində olacaq. Və bütün bu işlərdə YAP-ın gənc fəalları yaxından iştirak edəcək.