YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir mükafata layiq görülüb

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir mükafata layiq görülüb.

Aeroportdan bildirilib ki, Moskvada keçirilən “Gələcəyin qanadları” adlı XXVII beynəlxalq aviasiya forumu çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbəri Teymur Həsənov “Gənc baş rəhbər” nominasiyası üzrə qalib olub.

Azərbaycanı forumda, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov və “Aşağı büdcəli daşımalar bazarının perspektivləri” mövzusunda panel diskussiyalara qatılan “Azərbaycan Hava Yolları” QSC-nin İstehsal və marketinq departamentinin direktoru Fuad Yusifov təmsil edib.