YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ayman Safadi: Azərbaycan ilə İordaniya arasında sıx tərəfdaşlıq münasibətlərı mövcuddur

Prezident İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında dostluq münasibətlərinin yüksək səviyyədə olması nəticəsində Azərbaycan ilə İordaniya arasında sıx tərəfdaşlıq münasibətlərı formalaşıb. Son illər əlaqələrimiz daha da möhkəmlənərək bir çox sahələri əhatə edib. Kral II Abdullah Azərbaycan və İordaniya arasında nəinki Qoşulmama Hərəkatı, həmçinin ikitərəfli müstəvidə mövcud münasibətləri yüksək qiymətləndirir.

Bu barədə  Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısında iştirak edən İordaniya Haşimilər Krallığının Xarici İşlər naziri Ayman Safadi bildirib.

“İordaniya Kralı II Abdullahın adından Azərbaycanın dövlət müstəqilliyinin ildönümü münasibətilə xalqınızı təbrik edirəm. Prezident İlham Əliyevin bugünkü tədbirdəki çıxışında dediyi kimi, Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkənizin uğurlu inkişaf yolunda olduğunu göstərir. İnanırıq ki, Prezidentinizin müdrik siyasəti nəticəsində ölkənizin Qoşulmama Hərəkatına sədrliyi müddətində təşkilat beynəlxalq sülhün möhkəmləndirilməsi və ümumi məqsədlərə çatmaq istiqamətində yeni irəliləyişə nail olacaq. İordaniya Krallığı olaraq, biz də təşkilatın bu nəcib məqsədlərə çatması istiqamətində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq”, - deyə nazir əlavə edib.