YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Builki siyahıyaalmada hər bir sayıcı üçün müəyyən olunmuş iş norması 450 nəfərdən 300-ə endirilib

Builki siyahıyaalmada hər bir sayıcı üçün müəyyən olunmuş iş norması 450 nəfərdən 300-ə endirilib.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

“Əvvəllər hər bir sayıcı üçün müəyyən olunmuş iş norması 450 nəfər idi. Cari ildə isə bu göstərici 300-ə endirilib. Yəni əvvəl hər bir sayıcı 10 gün ərzində 450 nəfəri əhatə etməli idisə, builki siyahıyaalmada həmin norma 300-ə endirilib. Beləliklə də bir sayıcı tərəfindən gün ərzində orta hesabla 30 nəfərin siyahıyaalınması həyata keçiriləcək. Bu da suaalların daha dolğun, ətraflı və keyfiyyətlə işlənməsinə səbəb olacaq”, - deyə komitə sədri bildirib.