YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfalı Paşayev: Xalq öz rəhbərinə inanir və rəğbət bəsləyir

“Son zamanlar bəzi üzdəniraq qüvvələr ölkəmizdə sosial şəbəkələrin imkanlarından hər bir vətəndaşın maneəsiz istfadəsi üçün yaradılmış münbit şəraitdən məqsədli istifadə edərək, başıpozuq fəaliyyətlə məşğuldurlar. Bu kimi hallar xalqımız tərəfindən bir mənalı olaraq rədd edilir. Çünki həmin qüvvələr tərəfindən danışdırılanların cəmiyyət arasında heç bir nüfuzları yoxdur və xalq qarşısında heç bir xidmətləri olmamışdır. “Bu fəaliyyətləri” də onların düşmənin dəyirmanına su tökmək anlamına gəlir”. Bu fikirləri YAP Masallı rayon təşkilatının sədr müavini, “Tərəqqi” medallı mühəndis  Səfalı Paşayev deyib.

S.Paşayev bildirib ki, bu gün xalqımızla bərabər dünya ölkələri də bir mənalı olaraq Azərbaycanda Yeni Azərbaycan Partiyasının supergüc olduğunu qəbul edir və xalqımız bu partiyanın ideyalarını həyata keçirmək üçün səfərbərdir. Onun sözlərinə görə, qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyev olan müstəqil respublikamız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı və köməkçisi olan xanımı, Birinci  vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti sayəsində günü-gündən inkişaf edib çiçəklənir.

“Ölkədə həyata keçirilən uğurlu layihələrin məntiqi davamı olaraq rayonumuzda da Yeni Azərbaycan Partiyasının avanqard qüvvələrindən olan Masallı rayon təşkilatının üzvlərinin fəaliyyəti sayəsində abadlıq-quruculuq işləri vusət almışdır. Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun rəhbərliyi altında ölkə başçısının müvafiq tapşırıqlarına uyğun olaraq məqdəsyönlü işlər həyata keçirilir ki, bu işlərdə də əsas aparıcı qüvvə YAP rayon təşkilatının üzvləridir. Xalqın dəstəyinə söykənən uğurlu fəaliyyəti sayəsində yeni iş yerləri açılır, əhalinin rifah halının yaxşılaşdırılması üçün silsilə tədbirlər həyata keçirilir. Ölkə iqtidarının bu fəaliyyəti yerlərdə vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Olduğumuz bütün tədbirlərdə, görüşlərdə iqtidarın fəaliyyətinin vətəndaşlar tərəfindən necə rəğbətlə qarşılandığının daimi şahidi oluruq. Hamımıza məlumdur ki, respublikamızın bütün regionlarında infrastruktur yenilənir, nəqliyyat, rabitə və yüksək texnologiyaların bütün sahələrində ən müasir avadanlıqlar tətbiq edilir, yeni-yeni müasir xidmət sahələri əhalinin istifadəsinə verilir. Ölkəmiz sürətlə inkişaf edir, bu inkişaf xalq təsərrüfatının bütün sahələrində hiss olunmaqdadır. Ölkəmizin digər regionlarında olduğu kim bizim rayonda da əmin-amanlıqdır. Bu inkişaf və tərəqqiyə nankorçasına qısqanclıqla yanaşan üzdəniraq qüvvələr müharibə şəraitində düşmən qoşunlarına qarşı mübarizədə olan bir ölkə başçısının ətrafında sıx birləşmək əvəzinə, gedib düşmənlərimizin havadarlarının verdiyi yal hesabına dövlətimizə qarşı düşmən cəbhəsindən vuruşurlar. Belə ünsürlərə aramızda yer yoxdur. Xalqımız öz rəhbərini sevir, onun daxili və xarici siyasətini dəstəkləyir və hər an onun yanında olduqlarını birmənalı şəkildə bəyan edirlər”-deyə, S.Paşayev qeyd edib.