YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş Nazir Novruz Məmmədov: Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

Baş Nazirin bununla bağlı “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir: “Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi. Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır”.