YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri oktyabrda Tbilisidə görüşəcəklər

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü oktyabrda Tbilisidə keçiriləcək.

Bu barədə Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov və David Zalkalianinin BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdikləri görüşdə razılıq əldə olunub.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının inkişaf perspektivləri, regional məsələlər, o cümlədə irimiqyaslı regional layihələr müzakirə ediləcək.

Məlumat üçün qeyd edək ki, hər üç ölkənin xarici işlər nazirləri arasında sonuncu görüş 2018-ci il oktyabrın 29-da İstanbulda keçirilib.

Məlumata görə, növbəti üçtərəfli görüş oktyabrın 16-na nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv