YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İrlandiya əməkdaşlığının inkişafı üçün potensialın mövcud olduğu vurğulanıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə edilib, əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu vurğulanıb.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb, bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.