YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib

“Yeni Azərbaycan Partiyası  xalq üçün, Azərbaycanın  gələcəyi üçün yaradılıb. Ümummilli Lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı və dövlətimizi xilas etdi”. Bu fikirləri Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Həsənov Sumqayıtda keçirilən  Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları ilə müşavirədə  deyib.

Əli Həsənov bildirib ki, bu gün Azərbaycan inkişaf etmiş dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var. Onun sözlərinə görə, son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib.

“Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır. Doğrudur, həmişə inkişafımızı əngəlləmək istəyən qüvvələr olub, onlar bu gün də var. Amma Prezidentimizlə xalqın birliyi nəticəsində həmin qüvvələrin məqsədləri iflasa uğrayıb”-deyə, Əli Həsənov qeyd edib.