YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Sosial şəbəkələr vasitəsilə cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlərin arxasında xarici dairələr dayanır

“Sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarşılıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər: “Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri daha aktiv olmalıdırlar. Göstərsinlər ki, hansı Avropa ölkəsində son 20 ildə Azərbaycandakı qədər işlər görülüb. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır”.

S.Novruzov qeyd edib ki, YAP-ın rayon təşkilatları insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər: “Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları insanlara geniş şəkildə çatdırılmalıdır. Çünki müəyyən dairələr ylan məlumat yaymaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Hesab edirəm ki, bu dairələr xalqı adada bilməz. Amma bütün hallarda  biz arxayınlaşmamalı, öz işimi fəal şəkildə davam etdirməli, doğru yolla inamla getməliyik”.