YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sərdar Ünsal: Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməlidir

Ermənilər hər zaman bizə xəyanət ediblər, nə qədər yaxşılıq etsək də əvəzində pislik görmüşük. Ötən əsrin əvvəllərində Anadolunun şərqində əliyalın xalqımıza qarşı ağır qətlimalar törədiblər. 1992-ci ildə törətdikləri Xocalı soyqırımı da bu cinayətlərin davamıdır.

Bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib.

O, Osmanlı dövlətinin Baş Naziri olmuş Tələt Paşanın qatilinə - erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidənin ucaldılmasını da kəskin pisləyib. Dərnək sədri bildirib ki, Ermənistan işğal etdiyi torpaqlardan dərhal çəkilməli, sözügədən abidə dağıdılmalıdır.

 

DİGƏR Xəbərlər Arxiv