YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev sentyabrın 23-də “Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.