YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi prioritet hədəflər sırasındadır

“Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və iqtisadiyyatın neftdən asılılığının azaldılması Azərbaycanın qarşıya qoyduğu prioritet hədəflər sırasında yer alır”. Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının stimullaşdırılması, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi istiqamətində kompleks və ardıcıl işlər görülür. O cümlədən ölkəmizdə neftdənkənar iqtisadiyyatın həcminin artmasında özəl bölmənin inkişafına yönələn islahatların və dəstək tədbirlərinin önəmini xüsusi qeyd etmək lazımdır.
“Ardıcıl dəstək tədbirlərinin nəticəsində milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artması təqdirəlayiq haldır. Son illərdə milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin getdikcə artması ölkəmizin müsbət reallıqlarından biri kimi diqqəti cəlb edir. 2018-ci ildə sənayedə özəl sektorun payı 83,2 faiz, 2019-cu ilin birinci yarısında isə 82,5 faiz olub. Eyni zamanda, aqrar sektorda sahibkarların investisiyaları hesabına yaradılan iri fermer təsərrüfatları, müasir aqroparklar regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır.
Respublikamızda qısa müddətdə iqtisadi proseslərə təsir imkanları artan güclü sahibkarlar ordusunun formalaşmasında ardıcıl surətdə həyata keçirilən məqsədyönlü islahatlar, həmçinin bu sektora dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri çox mühüm rol oynayıb”-deyə, deputat qeyd edib.