YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti: Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq

Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi.

Bunu Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

N.Nayqard bildirib ki, Azərbaycanın çox gözəl idman məkanları var, eyni zamanda, könüllülər çox gözəl fəaliyyət göstərdi: “Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq”.