YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş Nazirin müavini: 2019-cu ilin altı ayında əmək müqaviləsi bildirişlərinin sayı 1.503.731 olub

İyulun 26-da Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rayon (şəhər) məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə ikinci müşavirə keçirilir.

Baş Nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov “Azərbaycan Respublikasının əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən 2018-ci il və 2019-cu ilin birinci yarım ili ərzində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, 2019-cu ilin ilk altı ayında əmək müqaviləsi bildirişlərinin sayı 101.551 artaraq 1 iyul tarixinə 1.503.731 olub. 2018-ci ildə bu göstərici 91.389 təşkil edib. Ümumilikdə isə komissiya yaranandan bəri təxminən 250.000 müqavilə artımı olub.

DİGƏR Xəbərlər Arxiv