YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belaruslu tennisçilər: Finala çıxmağımızda Bakının da payı var

XV Avropa Gənclər Yay Olimpiya Festivalının sonuna gəldik. Bu gün komanda yarışlarında final oyunu üçün korta çıxacağıq. Finala qədər gəlmək o qədər də asan olmadı. Festivala güclü tennisçilər qatılıblar. Finalda Rusiya komandası ilə qarşılaşacağıq. Çətin olacaq, amma Bakıdan ölkəmizə çempion olaraq geri dönmək istəyirik.

Bu sözləri  “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışlarının komanda oyununda finala çıxan belaruslu tennisçilər Evialina Laskeviç və Mariya Stsetseviç deyiblər.

İdmançılar XV Avropa Gənclər Yay Olimpiya Festivalının bu günə qədər iştirak etdikləri ən yaddaqalan beynəlxalq yarış olduğunu diqqətə çatdırıblar.

“Festivalın Bakıda keçirilməsindən çox zövq aldıq. Yarışlar gözəl təşkil olunmuşdu, məşqlər üçün idmançılara hər cür şərait yaradılmışdı. Finala çıxmağımızda Bakının da öz payı var”, - deyə belaruslu tennisçilər vurğulayıblar.

 

 

DİGƏR Xəbərlər Arxiv