YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb

“Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu təbdirlər siyasi, iqtisadi, humanitar, mədəni və idman sahələrini əhatə edir. Yəni, hər bir istiqamət üzrə Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm bir mərkəzdir. Bu baxımdan, XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin  müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalı 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Onun sözlərinə görə, bu mötəbər tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir.

““Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı Bakı şəhərinin 12 idman obyektində davam edir. Yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü üzrə mübarizə aparır. Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərir. Ümumiyyətlə, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri Azərbaycanda keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini vurğulayaraq deyib ki, Bakı festivalın təşkilinə tam hazırdır: “Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir”. Təbii ki, bu fikirlər Azərbaycana verilən yüksək qiymətdir. Bütövlükdə, Azərbaycan  Prezidentinin siyasəti nəticəsində  ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük nailiyyətlər əldə olunur. Beynəlxalq təşkilatların öz tədbirlərinim məkanı kimi ölkəmizi seçməsinin əsasında da bu amil dayanır”-deyə, S.Fətəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv