Xəbərlər
Musa Qasımlı: Azərbaycan dövlətinin beynəlxalq müstəvidə mövqeləri güclənir
«Son illərdə Azərbaycanın xarici siyasətinin güclənməsi həm ikitərəfli məsələlərin, həm də həm də regional və beynəlxalq problemlərin müzakirəsi baxımından əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri ikitərəfli əlaqələrin gücləndirilməsinin göstəricisidir. Onun sözlərinə görə, ikitərəfli görüşlərin artması beynəlxalq aləmdə Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin səmərəli olduğunu və Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin gücləndiyini göstərir.
«Bu səfərlər və onların gedişində müzakirə olunan məsələlər bir daha göstərir ki, bu gün Azərbaycan dünya siyasətində özünəməxsus rol oynayan ölkələrdən biridir»- deyə, deputat qeyd edib.