YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş leytenant Vüsal Ağalarov: Hərbi qulluqçuların sosial təminatı Ali Baş Komandanımızın diqqət mərkəzindədir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara diqqət və qayğı göstərir.

Bunu müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, baş leytenant Vüsal Ağalarov deyib.

Vüsal Ağalarov bildirib: “Dövlətimizin başçısının Müdafiə Nazirliyinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında Sərəncamı sübut edir ki, biz hərbi qulluqçuların və ailələrimizin sosial təminatı Ali Baş Komandanımızın diqqət mərkəzindədir. Bizi sevindirən odur ki, dövlətimiz, o cümlədən qüdrətli, dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə inkişaf edir, güclənir. Aprel döyüşləri, Günnüt zəfəri, ötən il keçirilən hərbi paradlar bu inkişafın, tərəqqinin bariz sübutudur. Biz hərbi qulluqçular, həmçinin ailə üzvlərimiz inkişafı, tərəqqini, eyni zamanda, dövlətimizin başçısı tərəfindən bu münasibəti gördükcə qürur hissi keçiririk”.

Zabit qeyd edib ki, bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Aparılan islahatlar, atılan addımlar ordumuzun döyüş hazırlığının yüksəldilməsinə və torpaqlarımızın işğaldan azad olunmasına xidmət edir. Düşünürəm ki, biz də bilik və bacarığımızdan, təcrübəmizdən istifadə edərək Ali Baş Komandanımızın etimadını doğruldacaq, ordumuzun güclənməsinə töhfəmizi verəcək, xalqımıza Böyük Qələbə sevincini yaşadacağıq.

“Bu gün Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin qarşısında duran ən vacib məsələ Qarabağ probleminin həll olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Münaqişə ədalətli həllini tapanda, tarixi torpaqlarımız işğaldan azad olunanda yanan qəlbimizə su səpiləcək, şəhidlərimizin ruhu rahatlıq tapacaq. Xalqımız inanır ki, tezliklə Azərbaycan Ordusu bu tarixi nailiyyəti əldə edəcək, Azərbaycanın üçrəngli bayrağını Ağdamda, Xankəndidə, Şuşada... dalğalandıracaq. Vətənini, torpağını, xalqını sevən Prezidentimizlə, Ali Baş Komandanımızla xalqımıza, millətimizə, dövlətimizə qələbə sevinci bəxş edəcəyimizə inanırıq.

Mən bir daha müvafiq Sərəncama görə, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Ordusunun hərbi qulluqçularına göstərdiyi diqqət və qayğıya, sosial təminatımızla, yaxşı yaşamağımızla bağlı gördüyü bütün işlərə görə dərindən təşəkkür edirəm”,- deyə Vüsal Ağalarov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv