YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

29 MAY, BAKI ŞƏHƏRİ- TARİXƏ DÜŞƏN ZAMAN VƏ MƏKAN

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
Komissiyasının katibi, professor Elman Nəsirov

Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən erməni lobbisi və onunla məlum şərtlər daxilində sinxron fəaliyyət göstərən qaragüruhçu siyasi dairələr əvvəcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər. Həmin qüvvələrin reallaşma əmsalı sıfra bərabər məqsədi isə ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də, mühüm beynəlxalq idman tədbirinə-Avropa liqasının Bakıda keçiriləcək final oyununa qarşı təxribat törətməklə onun baykot edilməsinə nail olmaqdan ibarət idi. Bu dəfə də onların xəbis niyyətləri ürəylərində qaldı. Beynəlxalq futbol ictimaiyyəti bu qaragüruhçuların bütün iddialrınını qərəzli olduğunun fərqinə vardi. Ermənistanın bu mühüm idman hadisəsinə siyasi rəng qatmaq niyyəti puça çıxdı. “Mxitaryan” sindromu iflasa uğradı. Oyunqabağı məşqlər zamanı “Arsenal”ın oyunçularının öz idman koynəklərinin arxasına “Mxitaryan” yazmaq niyyəti də UEFA rəhbərliyinin qəti etirazı ilə rədd edildi. Eyni zamanda Ermənistanın başqa sahələrdə olduğu kimi, idmanda da ciddi böhranla qarşılaşdığı həqiqəti üzə çıxdı. Bu gün erməni mətbuatı yazır ki, işlər belə getsə, biz heç yuxumuzda da belə dünyaca məşhur oyunlara ev sahibliyi edə bilməyəcəyik. “İrəvanda Vazgen Sarkisyanın adına olan Respublika stadionun beynəlxalq standartlara uyğun gəlməməsi ucbatından UEFA tərəfindən diskvalifikasiyası mümkündür”,- bu fikirlərin müəllifi isə Ermənistanın Futbol Federasiyasının prezidenti Artur Vaneçyandır. Onu da qeyd edək ki, İrəvanda “Razdan” adlı vaxtilə populyar olan bir stadion da var. Tutumu 55 min nəfərdir. Keçən əsrin 70-ci illərində tikilib. Vəziyyəti bərbad haldadır. Artıq neçə ildir ki, bu stadionda futbol oyunları təşkil oyunmur. Ətrafı isə pərakəndə ticarət obyektləri ilə əhatələnib. Başqa sözdə, burada futboldan başqa hər şey oynalınır. Əslində bütün Ermənistanda futbolun vəziyyəti elə “Razdan”da olduğu kimidir. Ermənistanın bir küll halında, eyni zamnada futbolunun ağır böhran keçirdiyi bir reallıqda bu gün, mayın 29-da Azərbaycan paytaxtı yenidən dünyanın diqqət mərkəzində olacaq. O Azərbaycan ki, idmanda qazandığı mohtəşəm nailiyyətləri ilə bütün dünyada məşhurdur. Əslində iqtisadiyyatda olduğu kimi, idman sahəsində də inkişaf etmiş dövlətlərin “G-20” qrupu formalaşsaydı, ölkəmiz birmənalı olaraq onun sıralarında layiqli yerini tutardı. Başqa sözlə, Azərbaycan idman sahəsində artıq inkişaf etməkdə deyil, inkişaf etmiş dövlətdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq...bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik.” 

Dövlətimizn başçısı cənab İlham Əliyevin səsləndirdiyi bu reallıqlar fonunda 29 may tarixi və Bakı şəhəri beynəlxalq futbol tarixinə təkcə Böyük Britaniyanın məşhur iki futbol klubunun-“Çelsi” və “Arsenal”ın Avropa liqasının final oyunun keçirildiyi tarix və gözəl şəhər kimi daxil olmayacaqdır, eyni zamnada idmanın siyasətin əlində alətə çevrilməsinə imkan verilməyən bir ZAMAN və MƏKAN kimi də həkk olacaqdır.