YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir

Bu ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismarı hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasına xidmət edir.