YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Vaşinqtondakı Səfirliyində Donald Ramsfeld Fondunun “CAMCA” proqramının təqaüdçülərinə həsr olunmuş tədbir keçirilib

Ölkəmizin Vaşinqtondakı Səfirliyində Donald Ramsfeld Fondunun “CAMCA” proqramının təqaüdçülərinə həsr olunmuş tədbir keçirilib. Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən CAMCA proqramı regiondan peşəkarları bir araya gətirməklə ideya mübadiləsi, ABŞ-la region arasında daha yaxşı anlaşma və daha güclü bağlar qurmaq məqsədi daşıyır.

Tədbirdə “CAMCA” ölkələrinin səfirləri və digər yüksək rütbəli diplomatları, düşüncə mərkəzlərinin nümayəndələri, habelə ABŞ dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın apardığı məqsədyönlü xarici siyasət barədə geniş məlumat verib. O, Azərbaycanın təşəbbüsü və aparıcı rolu əsasında həyata keçirilən enerji və nəqliyyat infrastruktur layihələri barədə danışaraq bu layihələrin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafı və iqtisadi inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib.

Vaşinqtonda fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri və region üzrə tanınmış professor Frederik Star Mərkəzi Asiya və Qafqaz regionunun inkişafında Azərbaycanın mərkəzi rol oynadığını vurğulayıb və həyata keçirilən enerji və nəqliyyat layihələrindən bəhs edib. “CAMCA” proqramı adından çıxış edən ADA Universitetinin müəllimi və iş adamı Fuad Kərimov təmsil etdiyi proqramın təqdimatını keçirib.

Xatırladaq ki, 2018-ci ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümündə Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafına xüsusi töhfə verdiyinə görə ABŞ-ın tanınmış dövlət xadimi, keçmiş müdafiə naziri D. Ramsfeldə Heydər Əliyev fəxri mükafatı təqdim edilib.