YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon dollara çatıb

Bu ilin birinci rübündə Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 70 milyon ABŞ dollarına çatıb.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilir ki, yanvar-mart ayında Belarusdan ölkəmizə idxalın dəyəri 64,2 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 5,5 milyon dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin analoji göstəricisindən təxminən 56 milyon dollar çoxdur.