YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyətinin rəhbəri: AŞPA-da bütün deputatlara eyni şans verilməlidir

AŞPA-nın yaz sessiyası zamanı Assambleyanın qaydalarında müəyyən müddəaların dəyişdirilməsinə dair məruzə layihəsi müzakirə edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirələrdə çıxış edib. O bildirib ki, AŞPA-nın üzvləri milli parlamentlər tərəfindən bu demokratik mərkəzə göndəriliblər. Parlamentlərdə heç bir siyasi partiyaya məxsus olmayan müstəqil deputatlar var. Milli parlamentlərdə bu deputatlar siyasi partiyaların deputatları ilə eyni hüquqlara malikdirlər. Onlar parlamentdə müəyyən vəzifələr tuturlar, vitse-prezident, komissiyaların üzvü, məruzəçi olurlar. Amma AŞPA-da müstəqil deputatlar heç bir hüquqa malik deyillər. Müstəqil deputatlar da digər deputatlar kimi seçiliblər, onlar qanuni şəkildə bu Assambleyaya göndəriliblər, amma burada onların heç bir hüquqları yoxdur. Düzdür, məruzədə onlarla bağlı iki xüsusi paraqraf var, amma daha da çox ola bilərdi. Assambleyanın daha yaxşı fəaliyyət göstərməsi üçün ədalətli olmaq, onlara müəyyən imkanlar vermək lazımdır. Onlar məruzəçi ola bilərlər. Hamıya eyni şans verilməlidir.

DİGƏR Xəbərlər Arxiv