YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü nümayiş etdirdi

“Vyana görüşü Azərbaycan diplomatiyasının gücünü, Azərbaycan dövlətinin və ən əsası ölkə Prezidentinin növbəti dəfə siyasi iradəsini, qətiyyətini nümayiş etdirdi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu görüş həm də illərdir erməni sovinistlərinin, şovinizm xəstəliyinə mübtəla olmuş erməni siyasətçilərinin davam etdirdikləri siyasətin yanlış olduğunu, fiaskoya uğradığını təsdiqlədi.

“Özündən əvvəlki cinayətkar rejimlərin səhvlərindən, aqibətindən dərs çıxarmayan Paşinyanın dedikləri sabun köpyündən başqa bir şey deyil. Hətta, onların açıq və gizli himayədarları belə onlara inanmır, etimad etmir, heç bir sözlərini, bəyanatlarını ciddiyə almırlar. Vyana görüşü, Azərbaycan dövlətinin və dövlət başçısının iradəsi və qətiyyətinin nəticə olaraq, sərgilənən mövqe, danışıqların davam etdirilməsinin qərara alınması və danışıqlar formatının dəyişdirilməsinin qeyri-mümkünlüyünün ifadə edilməsi artıq hər şeyi açıqlığı ilə ortaya qoydu. Ermənistanın, onun siyasətbaz siyasi liderlərinin fiaskoyla, dalanla üzləşdiyini hər kəsə göstərmiş oldu. Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində vurğuladığı kimi, “əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib”. Artıq seçim Ermənistanın, Paşinyandır. Növbəti yanlışlıqları, təxribatçılıq əməlləri onlara baha başa gələ bilər”-deyə, deputat qeyd edib.