YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın çıxış yolu işğalçı siyasətə son qoymaqdır

“Ermənistan iqtisadi və siyasi cəhətdən dalana dirənən bir ölkədir”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, işğalçı dövlətin heç bir potensialı yoxdur. Onun sözlərinə görə, Ermənistanın çıxış yolu işğalçı siyasətə son qoymaqdır.

“Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-ciddi bəyanat verirdi. O iddia edirdi ki, Dağlıq Qarabağ separatçıları danışıqlarda  tərəf kimi iştirak etməlidir. Amma aparıcı dövlətlər, beynəlxalq qurumlar və ATƏT-in Minsk qrupu tərəfindən ortaya qoyulan mövqe nəticəsində Paşinyan anladı ki, onun başqa çıxış yolu yoxdur. Paşinyan bilməlidir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq. Ona görə də, sülhə gəlməlidir”-deyə, deputat qeyd edib.