YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb.

Bunu ATƏT-in Münaqişələrin aradan qaldırılması mərkəzinin direktor müavini Çarlz Lonsdeyl Vyanada təşkilatın Parlament Assambleyasının qış sessiyasında deyib.

O deyib: “Biz ATƏT-in Minsk qrupunun nizamlanması ilə məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin inkişafını izləyirik. Son dövrlərdə xarici işlər nazirlərinin müntəzəm görüşləri və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüşlərlə əlaqədar müsbət dinamikaya ümidlər yaranıb”.

Tərəflərin əhalini sülhə hazırlamaqla bağlı konkret tədbirlərə sadiqliyini qeyd edən Ç.Lonsdeyl maraqlı olacağı təqdirdə, bu prosesə dəstək verməyə hazır olduğunu deyib:

“Amma biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə birbaşa cəlb olunmamışıq”.

DİGƏR Xəbərlər Arxiv