YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi üzrə konfrans keçirilir

Fevralın 22-də Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində konfrans keçirilir.

Konfransda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov layihənin məqsədinin ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün komitənin potensialının gücləndirilməsi olduğunu deyib. Bildirib ki, buna nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Aİ standartlarına tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi Litva Statistika Departamentinin baş direktoru xanım Vilija Lapeniene isə deyib ki, 2020-ci ildə başa çatacaq bu layihə 4 komponenti əhatə edir. Bu komponentlər “Makroiqtisadi göstəricilər üçün istehsal indekslərinin təkmilləşdirilməsi və istehsalçı qiymət indekslərinin əhatə dairəsinin genişləndirilməsi”, “Statistik məlumatların beynəlxalq səviyyədə və sektorlar arasında müqayisə olunmasına imkan yaratmaq məqsədilə müəyyən edilmiş sahələrdə mövcud beynəlxalq statistik təsnifatların tətbiqi”, “Aİ tərəfindən maliyyələşdirilmiş Tvinninq layihələri və digər tərəfdaşlıqlar nəticəsində təkmilləşdirilmiş mövcud statistik fəaliyyətlərin həyata keçirilməsi”, “Keyfiyyətli statistikanın istehsalı üçün Dövlət Statistika Komitəsində çalışan və digər maraqlı tərəflər ilə fəaliyyət göstərən statistiklərin və digər həmkarların potensialının təkmilləşdirilməsi”dir.

Konfransda “Avropa İttifaqı daxilində və xaricində yüksək keyfiyyətli statistikanın istehsalı üçün Avropanın öhdəliyi”, “Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar”, “Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi” mövzularında çıxışlar dinlənilib. Digər sessiyada layihə üzrə fəaliyyətlər və aralıq nəticələr təqdim olunub, “ICON” İnstitutunun statistika şöbəsinin rəhbəri Ronald Delemont, layihənin qrup rəhbəri Rimantas Juozas Vaicenaviciusun çıxışları olub.

Konfransda dövlət orqanlarının, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların və Aİ-ya üzv dövlətlərin səfirliklərinin nümayəndələri iştirak edir.

DİGƏR Xəbərlər Arxiv