YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Süleyman İsmayılov: Azərbaycana, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır

Dünya mətbuatında Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinə böyük maraq göstərilməsini müşahidə edirik. Dünyanın elə bir aparıcı mətbuat orqanı, xəbər agentliyi yoxdur ki, orada Azərbaycan və onun rəhbəri haqqında silsilə materiallar verilməsin, xüsusilə Azərbaycanın sürətli inkişafından, onun tolerantlıq və multikulturalizm, turizm və idman mərkəzinə çevrilməsindən, ölkədə hökm sürən sabitlikdən, bütün Şərq ölkələri və İslam dünyası üçün gözəl nümunəyə çevrilməsindən bəhs edən yazılar, müsahibələr və reportajlar dərc olunmasın. Xüsusilə Prezident seçkiləri zamanı Avropanın, Amerikanın və Şərq ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində dərc olunan materiallar buna əyani sübutdur.

Bu fikirlər Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində əks olunub.

Məqalədə qeyd edilir ki, Azərbaycana, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır. Bu marağın kökündə Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi xarizması, qətiyyəti, uğurlu siyasəti, öz vətəninə, xalqına sonsuz məhəbbəti, seçdiyi yol durur. Bu yolu cənab Prezident 2018-ci il sentyabrın 26-da “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə xalqımıza təbrikində belə səciyyələndirir: “Bizim yolumuz inkişaf yoludur...Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

DİGƏR Xəbərlər Arxiv