YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresində 20 Yanvar faciəsi ilə bağlı növbəti bəyanat verilib

ABŞ Konqresinin Nümayəndələr Palatasında Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı növbəti bəyanat verilib.

Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar 20 Yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, 29 il bundan əvvəl formalaşmaqda olan müstəqillik hərəkatının zorla yatırılması məqsədilə sovet ordusu Azərbaycana yeridilib. 26 minlik bu ordunun Azərbaycanın paytaxtı Bakı şəhərində dinc nümayiş iştirakçılarına hücumu nəticəsində 140-dan çox mülki şəxsi qətlə yetirib, 700-dən çox insan yaralanıb.

Qeyd olunur ki, sovet ittifaqı qəfil zərbə endirməklə və zor tətbiq etməklə yalnız azərbaycanlılara qarşı deyil, sovet əsarətində qalmış digər millətlərə də xəbərdarlıq etdiyini ümid edirdi. Lakin bu hücum azadlıqsevər Azərbaycan xalqının əzmini qıra bilmədi, əhalinin səylərini daha da möhkəmləndirdi. Əhalinin azadlıq və demokratiya tələbi müstəqilliyin elan edilməsi ilə nəticələndi.

Bəyanatda Azərbaycanın ABŞ-ın regiondakı əhəmiyyətli müttəfiqinə çevrildiyi bildirilir. Balkanlarda, İraqda və Əfqanıstanda Azərbaycan və ABŞ hərbçilərinin birgə xidmət etdikləri xatırlanır, eləcə də ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanır.